Şirkət haqqında




Bizim Hekayəmiz

”İsmixanli” Qrup-a daxil olan “İsmikhanli” MMC Şirkəti 2009-cu ildə təsis edilmişdir. Şirkət yerli və xarici bazarlar üçün müxtəlif növ meyvələrin istehsalı, saxlanması və satışı üzrə dərin təcrübəyə malikdir. Təcrübəli mütəxəssisləri və müasir texnologiyaları sayəsində Şirkət qısa zamanda ölkədə meyvə bazarında əhəmiyyətli iştirakçıya çevrilmişdir. Sistemli inkişaf və davamlı artım şirkətə öz sənayesində lider mövqe tutmağa imkan verir. Şirkətin istehsal etdiyi meyvələrə alma, armud, gilas, nektorin və s. meyvə növləri daxildir. Təcrübəmiz müştərilərimizə ən keyfiyyətli məhsulları ən yaxşı qiymətlərlə təmin etməkdə bizə kömək edir. Bizim əsas məqsədimiz əhalini yüksək keyfiyyətli, ekoloji təmiz məhsullarla təmin etməkdir.Müasir texnologiyalardan istifadə etməklə biz bütün dövlət təhlükəsizlik və keyfiyyət standartlarına cavab verən yüksək keyfiyyətli məhsullar əldə edirik. İsmikhanlı MMC bütün il boyu təzə meyvələrin satışını və ixracını həyata keçirir.

Niyə bazarda bizi seçirsiniz?

Biz uzun müddətdir ki, istehsalı və saxlanması üçün yalnız qabaqcıl texnologiyalardan istifadə etdiyimiz məhsullarımızın topdan satışı sahəsində uğurla işləyirik. Şirkət qüsursuz keyfiyyət, eyni zamanda tez çatdırılma və sərfəli qiymətlərlə məhsullar təklif edir. İsmikhanlı MMC öz biznesini peşəkar və açıq şəkildə aparır, əsas diqqəti tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa yönəldir. Şirkətin işinin əsas prinsipləri davamlı inkişaf, aydın təşkilatçılıq, xidmət səviyyəsinə yüksək tələblər və hər bir müştəriyə fərdi yanaşmadır.

Məqsədimiz

Keyfiyyət - əsas məqsədimizdır. Müəssisənin daxili strategiyasının tərkib hissəsi məhsulun keyfiyyətinin daim yüksəldilməsi istiqamətində aparılan işlərdir. Keyfiyyət və təhlükəsizlik sahəsində siyasət bütün istehsalın əsasını təşkil edir.

Etibarlılıq

Biz tərəfdaşlarımızın biznesinə hörmət edirik, buna görə də müqavilələrin bütün şərtlərinə və çatdırılma müddətlərinə əməl edirik. Bizə etibar etmək olar!

Məhsulların keyfiyyətli çatdırılması

Biz yalnız etibarlı nəqliyyat şirkətləri ilə işləyirik. Əmin ola bilərsiniz ki, daşınmanın temperatur rejiminə uyğun olaraq mallar dəqiq təyin olunmuş vaxtda və tam təhlükəsiz şəkildə sizə çatdırılacaqdır. Yüksək ixtisaslı mütəxəssislərimiz müştərilərimizə yalnız ən yaxşı, dəqiqliklə seçilmiş və sınaqdan keçirilmiş məhsulların göndərilməsini təmin edir.

Beynəlxalq əməkdaşlıq

Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ilə sıx əməkdaşlıq edirik.