Alma

Alma, ölkəmizdə uzun illərdir yetişdirilən, iqlim şəraitimizə ən uyğun meyvələrdən biridir. Bol vitamini səbəbindən dolayı insanlar tərəfindən çox sevilir. Xüsusən tərkibində A vitamini çoxluq təşkil edir. Bununla yanaşı az miqdarda B vitamini də mövcuddur.

Əkin sahələrimiz və istixanalarımızın yerləşdiyi ərazi - xüsusi dəvət olunmuş mütəxəssislərin rəyi əsasında seçilmişdir. Dadlı alma sortlarının yetişməsi üçün bütün iqlim, torpaq və əkin şərtləri yüksək həssaslıqla nəzərə alınmışdır.

Şirkətimiz müxtəlif sort alma istehsalı ilə məşğuldur. Hər sort almanın özünə uyğun xüsusiyyətləri, görünüşü və dadı vardır. Yetişdirdiyimiz alma sortları:

Gala
Granny Smith
Super gold chief

Golden reinders
Red velox
Crimson crisp
Fuji
Granny challenger
Rosy glow
Mema stark
Scarlet spur