Armud

Əkin sahələrimizin yerləşdiyi ərazi armud yetişdirilməsində olduqca əlverişli torpaq şəraitinə malikdir. Bu səbəbdən, yetişdirilən meyvələrdən maksimum dərəcədə nəticə və dad alınmasına nail olmuşuq. Lakin armudun yetişdirilməsi zamanı bir çox məqama xüsusi diqqət yetirmək tələb olunur. Düzgün gübrələmə, düzgün vaxtda sulama və torpağa nəzarə kimi nüanslar diqqətdən kənar qalmamalıdır.

Soyuğa qarşı dözümlülüyü nisbətən zəif olması və yetişməsi üçün torpaqdan müəyyən istəkləri, onun daimi nəzarət altında saxlanmasını tələb edir. Bununla bağlı olaraq, meyvələrə qulluq mövzusunda şirkətimiz təcrübəli aqronom və bağban heyəti ilə əməkdaşlıq edir. 

İşini bilən və bu sahəyə dərin sevgi ilə yanaşan heyətimiz, istehlakçılara dadlı və sağlam armud meyvəsi təmin olunması üçün daim biliklərini inkişaf etdirir. 

Hazırda, istehsalı ilə məşğul olduğumuz armud sortları:
Meshe gozali
Davachi
Abate fetel
Gepa
Carmen
Pear thimo
Santa Maria
Williams