Gilas

Gilas ölkəmizlə yanaşı, bütün dünyada sevilən və ən çox istehlak olunan meyvələrdən biridir. Onun bir çox növü ölkəmizdə də yetişir. Ancaq Azərbaycanda daha çox tələb olunan gilas sortlarından bəziləri Belge, Fertard və Napaleon-dur.

Tədarük etdiyimiz gilas sortları bir çox ölkələrin də diqqətindən yayınmamışdır. Daşınma proseslərinə qarşı olduqca dayanıqlı olması, onu bir çox ölkəyə ixrac etməyimizə şərait yaradır. Bununla da, ölkəmizi dünyanın bir çox yerində müvəffəqiyyətlə təmsil edir və "Azərbaycan məhsulu"-nu təqdim edirik.

Yetişdirdiyimiz gilas sortları arasında aşağıdakı növlər yer alır:
Belge
Fertard
Napoleon
Premier Giant
Romanovka
Çal gilas
Ağ gilas