Meyvəçilik


İsmikhanli MMC olaraq 2009-cu ildən etibarən meyvə yetişdirilməsi və ixracı ilə məşğul olmaqdayıq. Hazırda Azərbaycanın Qusar, Xaçmaz və Ağsu rayonlarının inzibati ərazilərində 500 hektardan çox meyvə bağlarına sahibik.

Bağlarımız ən son texnologiyalar əsasında super intensiv bağ olaraq qurulmuşdur. Bunun nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum faydalanaraq yüksək məhsuldarlıq əldə edirik.

Bağlarımızda əsasən Alma, Armud, Nektarin, Şaftalı, Yastı Şaftalı kimi meyvələr yetişdirilməkdədir. Aqrotexniki işlərin daha dəqiq aparılması və dünya təcrübəsinin tətbiqi üçün İtalya, İspaniya və Türkiyə kimi kənd təsərrüfatı sektorunda dünya lideri olan ölkələrdən konsultantlar cəlb olunaraq işlərimizi təkmilləşdirməkdəyik. 

Kənd təsərrüfatının ən son yeniliklərinə sahib bağlarımızda yüksək qənaətliliyə malik suvarma sistemləri mövcuddur ki, bu da ekoloji dayanıqlılığın təmin edilməsinə və su israfının qarşısının alınmasına töhfə verir.

Təsərrüfatımızın davamlı fəaliyyətini təmin etmək üçün yüksək texnologiyalara malik traktorlar, çiləyicilər, ot biçənlər, meyvə toplayanlar, qoşqularla təchiz edilmiş texnika parkımız xidmətimizdədir.

Meyvələr İSO sertifikatlı yığım yeşiyi və konteynerlərində incəliklə toplanaraq soyuducu anbarımızda mühafizə edilir.

Premium keyfiyyətli meyvələrimiz ölkə daxilində istehlaka təqdim olunmaqla yanaşı, həm də, ölkə xaricinə ixrac edilir. FrutRis markamız Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra Avropa ölkələrində Azərbaycanı layiqincə təmsil etməkdədir.