Bağların qurulması


lsmikhanli MMC olaraq 2015-ci ildən etibarən Qusar rayonunun inzibati ərazisində yerləşən 30 hektar tingçilik təsərrüfatımızda ən yüksək keyfiyyətlərə malik alma, armud, nektorin, şaftalı və sair meyvə tinglərinin yetişdirilməsi və satışı ilə məşğuluq. Əldə etdiyimiz təcrübələrə və əməkdaşlıq etdiyimiz dünya şöhrətli tingçilik firmalarının təcrübələrinə əsaslanaraq ölkəmizin iqlim şəraitlərinə uyğunlaşdırılmış tinglər yetişdirməkdəyik.

Təsərrüfatımızda Şaftalı CF677, Gilas Maksima 14, Alma M9, Armud BA29 calaqaltılarında istənilən sortu sifariş edərək ən keyfiyyətli formada tingləri əldə edə bilərsiniz. 

Həmçinin, bağların planının hazırlanması, tinglərin əkilməsi, onlara qulluq edilməsi üzrə təcrübəli mütəxəssislərimiz tərəfindən xidmətlər göstərilir.